"Sumqayıt" heyətini gücləndirdi

"Sumqayıt" heyətini gücləndirdi

"Sumqayıt" basketbol klubu heyətini Rüstəm Əliyevlə gücləndirib.

Fanat.Az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

196 sm boya malik basketbolçu ilə 2026/2027 mövsümünü əhatə edəcək müqavilə imzalanıb.

Daha öncə "Sabah"la iki il ardıcıl çempionluq sevinci yaşayan Rüstəm Əliyev "Ordu" və "LANDAU Lions" klubunda da çıxış edib.

O, həmçinin U-18 və əsas millinin heyətində də meydana çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər