"Sponsor axtarışlarına davam edirik" - Rövnəq Abdullayev

"Sponsor axtarışlarına davam edirik" - Rövnəq Abdullayev
Bu gün Bakı "Hilton” otelində AFFA-nın Hesabat-Seçki Konfransı keçirilir. Fanat.az xəbər verir ki, iclas AFFA prezidenti Rövnəq Abdullayevin nitqi ilə başlayıb:
"Ötən illərdə Azərbaycan futbolunda böyük işlər görmüşük. Keçən ilin əlamətdar hadisələrindən biri Bakı Olimpiya Oyunlarının keçirilməsi oldu. Ölkə başçısı cənab İlham Əliyevin Olimpiya Stadionunu AFFA-nın balansına keçirməsi önəmli hadisə idi. Ötən il iki klubumuz Avrokuboklarda uğurlu çıxış etdi. Hazırda klublarımızda maliyyə problemləri var. Sponsor axtarışlarına davam edirik. Xüsusi qeyd etmək istəyirəm ki, yayda Azərbaycan 17 yaşlılardan ibarət futbolçuların Avropa çempionatı baş tutacaq. Bu, bizim üçün böyük oyunlara hazırlıqdı. İnanıram ki, bu işin öhdəsindən lazımınca gəlməyi bacaracağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər