"Şöhrət" ordenli idmançımız əməliyyat olundu - FOTO

"Şöhrət" ordenli idmançımız əməliyyat olundu - FOTO

Yunan-roma güləşi üzrə üzrə Dünya və Avropa çempionu, Rio Yay Olimpiya Oyunlarının bürünc, "Bakı-2015"in qızıl medalçısı, "Şöhrət" ordenli Azərbaycan güləşçisi Rəsul Çunayev İstanbulda əməliyyat olunub.

Fanat.Az xəbər verir ki, Rəsul bu barədə "Facebook" hesabında yayız: "25 yaşımda 4-cü əməliyyatı keçirdim, bu səfər sol dizimdən. Belə getsə əməliyyat üzrə yarışlara qatılacam. Bəzi ağzı göyçəklərdə elə bilir Rəsul kefdədir... Daha bilmirlər ki, hansı zədələrlə çıxıb mübarizə aparıram. Təki əməliyyatla düzələn problemlər olsun. Allaha şükür edirəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər