"Səmədov bizimlə oyun oynadı" - Elxan Məmmədov

"Səmədov bizimlə oyun oynadı" - Elxan Məmmədov

AFFA-nın baş katbi Elxan Məmmədov Rusiya millisinin üzvü Aleksandr Səmədovu Azərbaycan yığmasına dəvət etmək üçün 2012-ci ildə onunla görüşmək istəyib. Fanat.az xəbər verir ki, baş katib bu barədə "Xəzər TV"də yayımlanan "Futbol saatı" verlişində açıqlama verib.

O, məsələyə belə şərh bildirib: "Bunu ilk dəfədi açıqlayıram. Aleksandr Səmədovla 2012-ci ildə görüşmək istədim. Həmin vaxt Moskvada idim. Görüşlə bağlı razılıq almaq üçün Rusiya Futbol Federasiyasının rəsmisinə zəng etdim. Dedim ki, Səmədovla görüşəcəm. Onu Rusiya millinisə dəvət etmirsizsə, onda biz onu yığmaya çağıraq. Mənə dedilər ki, 10 dəqiqə gözləyim. Daha sonra Səmədovla görüşə biləcəyimi, onun milliyə dəvət etməyəcəklərini söylədilər. Səmədov da görüş zamanı "Rusiya millisinə çağrılmasam, Azərbaycan yığmasını seçəcəm" dedi. Bunun üçün 3 ay gözləməli olduq. Ancaq Rusiya ilə Andorra arasında keçirilən oyunun 80-ci dəqiqəsindən sonra meydana daxil oldu. Onu meydanda görəndə bildim ki, bizimlə oyun oynadılar".

Qeyd edək ki, Aleksandr Səmədovun atası azərbaycanlı, anası isə rusdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər