"Uduzmağımıza baxmayaraq futbolçulardan razı qaldım. Əzmlə sonaqədər mübarizə apardılar". Fanat.az xəbər verir ki, bu sözləri "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Azərbaycan Premyer Liqasının XXX turunda səfərdə "Qəbələ" ilə oyundan sonra (0:2) oyundan sonra fikirlərini bildirən Həsənov Saşa Yunisoğlunun qırmızı vərəqə almasından danışıb: "Saşa Yunisoğlunun komandanı pis vəziyyətdə qoyması haqda düşünəcəyik. O, təcrübəli oyunçudu, komandaya çox faydası dəyib. Bu görüşdə də "qırmızı"ya qədər pis oynamadı. Ancaq həmin epizodda o cür oynamağı bizə də aydın olmadı. Futbolçulara tapşırmışam ki, qapıya təhlükə olmadığında bu cür kobud oynamasınlar". (sportnet.az)
Fanat.az