Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir. Fanat.Az xəbər verir ki, günə qadın yığmamızın lideri Yana Alekseyevna start verib.
60 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısının “siftə”si 1/4 finala təsadüf edib. Təmsilçimiz yarımfinala vəsiqə uğrunda çinli Jinxua Yinlə döyüşüb. Alekseyevna gözlənilmədən ilk 3 raundu rəqibindən zəif keçirib. Son raunddakı üstünlük isə heç nəyi dəyişməyib və idmançımız məğlub olaraq mübarizəni dayandırıb.
Fanat.Az