Rio Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvvləri Albert Səlimovla Kamran Şahsuvarlı da rinqə çıxıb.
60 kq çəkidə mübarizə aparan təmsilçimiz 1/4 finalda gücünü sınayıb. İlk görüşündə irlandiyalı Devid Coysu məğlub edən təcrübəli boksçumuz bu dəfə fransalı Sofian Oumiha ilə döyüşdə məğlub olub. 0:3 hesabı ilə yenilən təmsilçimiz çıxışını başa vurub.
Digər dəri əlcək ustamız, 75 kq çəki dərəcəsində döyüşən Kamran Şahsuvarlı isə 1/16 finalda çinli Zao Minqqanqa qalib gəlib. İdmançımızın növbəti rəqibi isə Artyom Çebotaryov (Rusiya) olub. Təmsilçimiz rusiyalı boksçuya qalib gələrək adını 1/4 finala yazdırıb.
Fanat.Az