Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunları davam edir. Fanat.Az xəbər verir ki, bu gün daha bir idmançımız mübarizəyə qoşulub.
75 kq çəki dərəcəsində çıxış edən boks yığmamızın üzvü Kamran Şahsuvarlı 1/16 final mərhələsində çinli Zao Minqqanqla qarşılaşıb. Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb.
Bu nəticə ilə təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.
Qeyd edək ki, bu gecə daha iki boksçumuz mübarizəyə başlayacaq. Albert Səlimov (60 kq) mübarizəyə 1/8 finaldan start verəcək və Bakı vaxtı ilə saat 00.45-də irlandiyalı Devid Coysla qarşılaşacaq.
Məhəmmədrəsul Məcidov +91 kq) isə olimpiadaya 1/16 finaldan başlayacaq. Onun ilk rəqibi mərakeşli Mohammed Arjaoui olacaq. Döyüş saat 02.00-da start götürəcək.
Fanat.Az