"Rio-2016"ı davam edir. Fanat.Az xəbər verir ki, bu gecə Azərbaycan yığmasının daha 4 üzvü mübarizəyə qoşulacaq.
Rinqə ilk olaraq Cavid Çələbiyev çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan dəri əlcək ustamız yarışa 1/16 finaldan start verib. Onun rəqibi qazaxıstanlı Kayrat Yeraliyev olub. 1:2 hesabı ilə məğlub olan Cavid çıxışını başa vurub.
Qeyd edək ki, bu gecə boksçularımızdan Lorenzo Sotomayor ukraynalı Volodimir Matviçuku, Pərviz Bağırov fransalı Süleyman Diopla, Teymur Məmmədov isə hollandiyalı Peter Müllenberqlə qarşılaşacaq.
Fanat.Az