“Rəqibin oyununu gördüz. Başqa nə deyə bilərəm?” Bunu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la keçirilən ilk oyunundan sonra "Sumqayıt"ın məşqçisi Seymur Rəhimov deyib.
"Kimyaçılar"ın məşqçisi 6:0 hesablı məğlubiyyətdən sonra bunları bildirib: “Çempionat oyunlarında çalışırıq ki, nəyəsə nail olaq. Bu gün isə qolu tez buraxdıq. İki qol penaltidən vuruldu və futbolçular ruhdan düşdü. Qəbul etməliyik ki, rəqib "Qarabağ"dır".
Qeyd edək ki, baş məşqçi Samir Abasov cəzalı olduğu üçün texniki zonada və mətbuat konfransında olmayıb.(Apasport.az)
Fanat.Az