“Bu gün Müşahidə Şurasına sədr təyin olunan Zaur müəllimlə (Zaur Axundov) görüşdük. Düşünürəm ki, görüş hamımız üçün faydalı oldu”. Bu sözləri Fanat.Az-a açıqlamasında “İnter”in çalışdırıcısı Zaur Svanadze deyib.
Gürcü mütəxəssis rəhbərliyin heyəti saxlamaq istədiyini vurğulayıb: “Bəzi futbolçularımızın başqa klublara keçməsinə mane ola bilmədik. Qalanların getməməsi üçün rəhbərlik əlindən gələni edəcək. “İnter”in ayaqda qalacağı dəqiqdi. Bundan sonra gələcəyə ümidlə baxmaq olar. Futbolçularımızın bir neçəsi yeni müqavilələr imzalamağa razıdı. Təəssüf ki, hamısı eyni düşünmür. Bəlli məsələdi ki, gələn ilin yanvarına qədər yeni transfer reallaşdıra bilməyəcəyik. Heyətin 70 faizini qorusaq, ikinci komandadan da oyunçu götürə, yenidən iddialı olacağıq”.
Fanat.Az