"Rauf 2-3 turdan sonra meydana çıxa biləcək" -Svanadze

"Rauf 2-3 turdan sonra meydana çıxa biləcək" -Svanadze

"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının XXIX turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Fanat.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

- Öncə şəhid olan əsgərlərə görə Azərbaycan xalqına baş sağlığı verirəm. Bu gün yaxşı oynadıq. Belə çətin matçdan 3 xalla ayrıldığımıza görə şadam. 

- Məlum sanksiyadan sonra futbolçuları motivasiya etmək çətindi?

- Xeyr, çətin deyil. Onlar peşəkardılar, maaş alırlar. 

- Zədəlilərin vəziyyəti necədi?

- Nizami Hacıyev müalicə alır, Qara Qarayev komanda ilə məşq edir. Kamran Ağayev hələ 2 həftə müalicə alacaq. Rauf Əliyev isə formaya düşməsi üçün əvəzedici komandada meydana çıxır. Onun fiziki hazırlığı yerindədi. 2-3 turdan sonra meydana çıxacaq. (Futbolinfo.az)

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər