Hollandiyanın "Roda" klubuna transfer olunan Raydell Pupon "Qarabağ"dan ayrılmasının səbəbini açıqlayıb. Fanat.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları deyib:
"Baş məşqçi mənimlə təmiz söhbət etdi və daha əsas heyətdə oynamayacağımı dedi. Azərbaycan klublarının əsas heyətində 5 legionerə yer verilə bilər. Onun nəzərdə tutduğu ən yaxşı 5 əcnəbi arasında isə mən yox idim. "Roda"da isə dərhal mənə etibar olunduğunu gördüm. Bu isə hücumçu üçün çox vacibdi. "Qarabağ"da keçirdiyim yarım mövsümə görə peşman deyiləm. Əksinə, Azərbaycanda təcrübə topladım".
Fanat.az