"Qarabağ" üçün 18 potensial RƏQİB

"Qarabağ" üçün 18 potensial RƏQİB

Çempionlar Liqasının 2016/17 mövsüsündə iştirak edəcək komandaların siyahısına yavaş-yavaş aydınlıq gəlir. Fanat.az xəbər verir ki, artıq qitənin birnömrəli klub turnirində iştirak edəcək 31 komandanın adı müəyyənləşib.

Bunlardan 5-i 1-ci, 13-ü 2-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq. Azərbaycan çempionu da 2-ci təsnifat mərhələsinə vəsiqə qazanacağından, həmin 18 komanda təmsilçimizin potensial rəqibidi. Bu iki mərhələdə iştirak edəcək qalan 20 komandanın adı hələ aydınlaşmayıb.

Artıq Çempionlar Liqasında iştirakı dəqiqləşmiş qalan 13 komandadan 2-si 3-cü təsnifat mərhələsinə, 11-i birbaşa qrupa vəsiqə qazanıb.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlinə "Qarabağ" başçılıq edir. Ən yaxın izləyicisi "Zirə"ni 12 xal qabaqlayan Ağdam klubu bu mövsüm ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

I təsnifat mərhələsi

Valletta (Malta), B36 Torşavn (Farer adaları), Flora (Estoniya), TNS (Uels), Santa Koloma (Andorra).

II təsnifat mərhələsi

APOEL (Cənubi Kipr), BATE (Belarus), Norrkopinq (İsveç), Rusenborq (Norveç), Ferençvaroş (Macarıstan), Astana (Qazaxıstan), Dinamo (Tiflis, Gürcüstan), SJK (Finlandiya), Hafnarfyordor (İslandiya), Dundalk (İrlandiya), Krusaders (Şimali İrlandiya), Jalgirs (Litva), Liepaya (Latviya).

III təsnifat mərhələsi

Olimpiakos (Yunanıstan), Şaxtyor (Ukrayna).

Qrup mərhələsi

Barselona, Atletiko, Real (hamısı İspaniya), Leyçester (İngiltərə), Bavariya, Borussia Dortmund (ikisi də Almaniya), Yuventus (İtaliya), Benfika, Sportinq (ikisi də Portuqaliya), PSJ (Fransa), Dinamo Kiyev (Ukrayna).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər