"Qalatasaray"ın sabiq ulduzu iflic oldu

"Qalatasaray"ın sabiq ulduzu iflic oldu

"Liverpul" və "Qalatasaray"dakı çıxışı ilə tanınan Riqobert Sonq ağır vəziyyətdədi. Fanat.Az xəbər verir ki, kamerunlu futbolçu iflic olub.

Hadisə dünən baş verib. Kamerunun paytaxtı Yaoundedə yaşayan Sonq xəstəxaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Onun səhhəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Amma beyin qanaması olduğu bildirilir.

Qeyd edək ki, Sonq karyerası ərzində Fransanın "Mets", "Lans", İtaliyanın "Salernitana", İNgiltərənin "Liverpul", "Vest Hem", Almaniyanın "Köln", Türkiyənin "Qalatasaray" və "Trabzonspor" klublarında çıxış edib. 1993-2010-cu illərdə Kamerun millisinə dəvət alıb və 137 oyunda meydana çıxıb. 40 yaşlı sabiq müdafiəçi bir müddət məşqçilik edib və 2015-ci ildə Çad millisini çalışdırıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər