Türkiyə 1-ci Liqasında 9-cu turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Mardin 1969 Spor"u qəbul edib.
Qarşılaşma bursa təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Klubda əsas heyətə düşməkdə çətinlik çəkən Toral Bayramov üçün bu matçda da vəziyyət dəyişməyib.
Milli komandamızın müdafiəçisi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib və baş məşqçi tərəfindən şans qazanmayıb.