"Qalatasaray"da derbi şoku

"Qalatasaray"da derbi şoku

"Qalatasaray"ın yeni transferi Niqel De Jonq "Beşiktaş" ilə oyunda forma geyinə bilməyəcək. 

Fanat.Az xəbər verir ki, "Kayserispor" matçında ilk dəfə forma geyinən hücumçu son dəqiqələrdə dizindən zədə almış və "Çaykur Rizespor" oyunundan əvvəl məşqlərdə özünü yaxşı hiss etmədiyi üçün heyətdən çıxarılıb. 

De Jonq dünənki məşqdə də dizinə yaxın nahiyədə ağır hiss etdiyini söyləyib. 

Buna görə "Qalatasaray"ın baş məşqçisi Riekerink futbolçusunu "Beşiktaş"a qarşı matçda oynatmamağa qərar verib. 

Almaniyada müalicə alan Lukas Podolski isə dünən İstanbula gəlib.  Alman futbolçu da digər zədəli futbolçular Sigthorsson, Sərdar Əziz və De Jong kimi derbi matçında forma geyinməyəcək. 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər