"Play-off"a 4 bilet sifariş olundu

"Play-off"a 4 bilet sifariş olundu
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az xəbər verir ki, ötən gecə 4 oyun keçirilib və play-off mərhələsinə vəsiqə qazanan 4 komanda müəyyənləşib.
BATE "Debretsen"i, "Standard" "Panatinaikos"u, "Maribor" Təl-Əviv "Makkabi"sini, "Lill" "Qrasshoppers"i mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, bu mərhələnin qalan 11 oyunu bu gecə keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" ilk oyunda 2:1 hesabı ilə yendiyi "Zalsburq"un qonağı olacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunları
5 avqust
BATE (Belarus) - Debretsen (Macarıstan) 3:1
Qollar: Aleksandr Volodko, 39. Vitali Rodionov, 66. Sergey Krivets, 90+4 - İbrahim Sidibe, 20-pen.
İlk oyun - 0:1.
Panatinaikos (Yunanıstan) - Standard (Belçika) 1:2
Qollar: Dino Arslanaqiç, 17-pen - Yaniş Mbombo, 36. Paul-Jose Mpoku, 42.
İlk oyun - 0:0.
Makkabi (Təl-Əviv, İsrail) - Maribor (Sloveniya) 2:2
Qollar: Tal Ben Haim, 42. Eden Ben Basat, 54 - Agim İbraimi, 36; 56.
İlk oyun - 0:1.
Lill (Fransa) - Qrasshoppers (İsveçrə) 1:1
Qollar: Florent Balmont, 19 - Amir Abraşi, 33.
İlk oyun - 2:0.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər