"Peşəkarlıq baxımdan düz deyil" - Adil Şükürov

"Peşəkarlıq baxımdan düz deyil" - Adil Şükürov
Topaz Premyer Liqasının XXXI turunda keçirilən "Neftçi" - "Zirə" matçında qapılara qol vurulmayıb. Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Adil Şükürov 0:0 hesabı ilə başa çatan oyunu şərh edib:
"1 xal qazandığımız üçün çox şadıq. Qarşıdakı oyunlara baxırıq. Bəzi epizodlarda komanda qapandı. Ancaq bəzi məqamlarda hər iki tərəf açıq futbol oynadı. Gələcək oyunlarda yaxşı nəticə göstərməyə çalışacağıq. Oyunun sonlarına yaxın daha çox müdafiəyə fikir verdik. Cinahlarda oynayan futbolçularımız da sürətlidi. Təmkinlə Nicata uzun ötürmələr vermək üçün belə etdik. Hər ikisi sürətli futbolçudu. İlk ilimizdi və bu yerdə möhkəmlənmək istəyirdik. Futbolda hər şey olur".
Baş məşqçi "Zirə" futbolçularının avrokubokda çıxış edəcək komandalara icarəyə verilməsi fikrinə münasibət bildirib: "Hər birimiz Azərbaycan futbolunun inkişafına çalışırıq. Daima yığmaların futbolçularını cəlb etmişik. Futbolçuların başqa klublara verilməsi düzgün deyil. Bizim öz hazırlıq proqramımız var. Futbolçunun 5 gün, bir həftəlik hansısa başqa klubda oynayıb qayıtması peşəkarlıq baxımdan düz deyil. Klub prezidenti millilərin oyunçulaırnın heyətə cəlb olunmasını nəzərdə tutub. Çempionatın sonuna yaxınlaşırıq. Ancaq hələ ki, əcnəbi futbolçuların transferi haqda düşünmürük".
 
Şükürov futbolçuların simuliasiyaya yol vermələrinə də münasibət bildirib: "Bəzi hallarda bu hallar komandanın xeyrinə olur. Bu isə oyundan, hesabdan asılıdı. Biz Nurlanla danışırıq ki, bu cür hərəkətlərə az yol versin. Ancaq bu təbii haldı. Çünki futbolçu yorulur".
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər