”Bavariya”nın yarımmüdafiəçisi Xabi Alonso Çempionlar Liqasının 1/4 finalında üz-üzə gələcəkləri Madrid “Real”ıyla keçirəcəkləri matçları dəyərləndirib. Fanat.Az xəbər verir ki, Münhen təmsilçisinin rəsmi saytına danışan ulduz futbolçu belə deyib:
“Vau! İki böyük tarixə malik klub üz-üzə gələcək! “Real” bəlkə də püşkün qarşımıza çıxara biləcəyi ən çətin rəqib idi. Təbii, oyun mənim üçün xüsusi önəm daşıyır. Şadam ki, yenidən Madriddə meydana çıxacam. Digər tərəfdən, o stadionda qonaq qismində oynamağın nə demək olduğunu dərk edirəm. Ona görə də öz meydanımızda keçirəcəyimiz ilk matçda sözümüzü deməliyik. “Real”ı yaxşı tanıyırıq, mübarizəyə yaxşı hazırlaşa biləcəyimizə də əminəm”.
Fanat.Az