"O qoldan yığmada da vuraram"- AÇIQLAMA

"O qoldan yığmada da vuraram"- AÇIQLAMA

“AZAL-a vurduğum qolu çox şişirtmək lazım deyil. Səmimi deyirəm, insanda təkəbbür yaranır. Qoldu də, bəzən gözəl alınır”. Bu sözləri Fanat.Az-a açıqlamasında Premyer Liqanın son turunda “təyyarəçilər”in qapısına vurduğu baxımlı qolla gündəmə gələn Nizami Hacıyev deyib.

Robert Prosineçkinin yığmaya dəvət etmədiyi futbolçu daha sonra əlavə edib: “Mən milliyə kömək edə biləcəyimə əmin olduğum üçün o formanı geyinməyi arzulayıram. Yəni yığmaya düşmək yox, önəmli oyunlarda meydanın hər qarışı uğrunda mübarizə aparmaq, milli üçün qollar vurmaq istəyirəm. Elə qollar vura bilərəmmi? Əlbəttə, vuraram. Buna inanıram”.

 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər