Xəbər verdiyimiz kimi, ötən gün baş tutan "Trabzonspor" - "Fənərbaxça" matçının 89-cu dəqiqəsində xoşagəlməz hadisə yaşanıb. Fanat.az xəbər verir ki, ev sahibinin azarkeşi meydana daxil olaraq köməkçi hakim Volkan Bayarslanı döyüb.
17 yaşlı azarkeş polis tərəfindən saxlanılaraq, Trabzon Polis İdarəsinə gətirilib. Onu ziyarət edən dayısı isə mediaya açıqlmasında maraqlı fikirlər səsləndirib:
"Ədalətin olmadığı yerdə anarxiya başlayar. Sən komndanın 4 oyunçusuna qırmızı vərəqə göstərərkən, bütün dünya bunu danışarkən, hakiminə cəza vermirsənsə, nəticəsi də bu olmalıdı. Buna görə də 17 yaşlı uşağı dayandıra bilmərsən. Hər kəsin sevgisi var. Sən "Fənərbaxça", "Qalatasaray"ı sevə bilərsən, amma mən də "Trabzonspor"u sevirəm. Bizim burda fabrikimiz yoxdu, "Trabzonspor"umuz var. 2011-ci ildən matçlara getmirəm. Getsəydim, o, etməsəydi, mən hakimi döyəcəkdim".
"Sən mənim çempionluğumu vermirsən. "Yuventus"dan böyük komandasan? Dünya nəhənglərindən birini ikinci liqaya göndərdilər. Sən "Fənərbaxça"ya heç nə edə bilmirsən. Sadəcə, üzüldüyüm şey Onur Kıvrakın söyülməsidi. Deyilənə görə, bacım oğlunun prezidentə söyməsi ilə bağlı xəbərlər yayılıb. Bunun prezidentlə nə əlaqəsi? Yenə deyirəm, futbola matçlarına getmirəm. Bilirəm ki, getsəm, bacım oğlu etməsə, mən eyni hərəkəti edərəm".
Fanat.az