"Niyə utanıf ölmüllər, ə, bular?"- Çayxana söhbəti

"Niyə utanıf ölmüllər, ə, bular?"- Çayxana söhbəti
Uzun Səfərin çayxanası gözdən düşəndən bəri Mıdının obyektinə dadanan dostlar yenə çay masası arxasındaydı. Təbii ki, Azərbaycan futbolundan danışırdılar.
- “Qarabağ” batdı, qaqa, batdı...
- Nətər?
- Canına azar təhər. Nətər olajax? Bizi mələdəjəhlər.
- Ə niyə,qaqa? Nooluv axı?
- Görmürsən, deyillər “Neftçi” Xorvatiya yığmasınnan oyunçu alıf.
- Səyləmə, ə. Yox bir Braziliya yığmasınnan. Baxışa gələn gədəni deyirsənsə, heş Quzannının yığmasında da oynamıyıf. Nətər şüvən qoparddınsa, elə bildim Mandzukiçi-zadı gətiriflər. Bekara futbolçudu. İndi aldıxlarınnan beş-altısın da alsa, gələn il “pervi”dədi.
- Yəni hamısı bekaradı?
- Birincisi bomba oluf nağayrajaxlar? “Qarabağ”ın o adda rəqibi 2 ildi yoxdu. İkincisi də bekaranın bekarasıdı. Araz Abdullayevi buraxan klub ağzıynan quş tutsa da, heşzad eliyə bilmiyəjəh.  
- Ona inanıram. Amma Elxan Məmmədov “Neftçi”ni “pervi”yə atmaz. Hamısı əlində döyül? “Neftçi” bu dəyqə qaymaxdı e, qaymax. Seyid Lazım Ağanın cəddi haqqı Məmmədov o menecer dostuynan birrəşif yemlih kimi yeyir “Neftçi”ni. Saa zarafat gəlməsin e, hər transferdən 20-30 min xırtdadsalar, bəsdəridi.
- Heylədi,qaqa. İçində bir düz-əməlli Ağabala Ramazanovuydu. O da gördü kü, futboldan başı bir şey qırılladannarın yanında oynamax məsləhətdi, fırratdı buları, keşdi “Qarabağ”a.
- Hə. Ancax Ağabalanın “Qarabağ”da oynamağın istəmirəm. Bir az tirpaş uşaxdı. Ya xarakterin dəyişəjəhdi, ya da Qurban onu oynatmıyajax. Görmədin, qardaşı Zaur da çıxdı o gün unnadı “Neftçi”ni. Oxudum, ləzzət elədi e, qaqa. Tova çiləmişdi təzəni.
- Oxumuşam. Deməyinə düz deyir. Amma özü də vaxtıynan pulu fikirrəşən oluf, qardaşı da heylədi.
- Əəəəə...!!!
- Nədi, ə?
- Gözün aydın, buna bax (əlindəki telefonun ekranını demək olar, dostunun gözünə soxdu).
- Qazaxları da uda bilmədilər?
- Uduzurmuşdar, güjnən bərabərrəşdiriflər. A buların boyun yerə soxum mən!
- Qranatkin turniri döyül o?
- Hə.
- Təbrizdi baş məşqçiləri?
- Hə.
- O gün Litvaya uduzmuşdular. Litvaya uduzanın nə ölümü var ə, turnirdə? Lippertdi yalan deyən tüpürərəm orda hər şeyə. Başımı soxmağa deşiy axtararam. Bu boyda pul xərşdiyillər, axırda gedif Litvaya uduzurux, qaqa. Adam nətər yanıf-tökülməsin. Ay buların...
- Yaxşı ə, qatıxlama ta. İndi Mıdı qulpundan götürüf atajax səni çölə. Kamran məllim Vaqif Cavadovu atdığı kimi...
- Hansı Kamran məllim?
- Elxan Məmmədovun “Sumqayıt” üzrə köməhçisi. Hası olajax?
- Vaqif ta oynamır orda?
- Yox. Küsdürüflər ki, getsin. O da gedif.
- Bəs indi harda oynuyajax?
- “Mançester Yunayted”də!
- Həqqi deyirsən?
- Hə, sən öl.
- Denən, dədəmin canı...
- Ə di deyirəm, getdi dana. Sənnən məzələnmirəm, ha.
- Fso, Mxitaryan getdi zapaza. Düz demiş olsan, bax Seyid Lazım Ağanın cəddi haqqı keçən dəfə borc aldığım onnuğu srazu qaytarajam.
- O onnuğun Vaqif temasına dəxli yoxdu. Otu çayını iş, soyusa, tezesin getizdiren döyülem. 7 maatım var. Onun da dördün poşta verməliyəm.
- Ağlamağınnan qalma sən.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər