"Nike" Şarapovadan imtina etdi

"Nike" Şarapovadan imtina etdi

Qanında dopinq çıxdığını açıqlayan Mariya Şarapova daha bir zərbə alıb. Fanat.az xəbər verir ki, "Nike" firması rus tennisçi ilə əməkdaşlığı dayandırıb.

Bu barədə şirkətdən rəsmi açıqlama verilib. Açıqlamda bildirilir ki, araşdırma müddətində müqavilə dondurulub: "Araşdırma dövründə Mariya ilə anlaşmamızı dondurmaq qərarına gəldik. Vəziyyəti izləməyə davam edəcəyik".

Qeyd edək ki, Şarapova 2010-cu ildə "Nike" ilə 70 milyon dəyəri olan 7 illik anlaşma imzalayıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər