21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Rusiya - Azərbaycan oyunundan (2:2) sonra yığmamızın baş məşqçisi Yaşar Vahabzadə açıqlama verib:
"Çətin oyun olacağını bilirdik. Bakıdakı nəticədən sonra rəqibimiz üçün bu qarşılaşmanın prinsipiallığının daha da artdığını düşünürdük. Bir məqam da xüsusi vurğulanmalıdı ki, Rusiya yığmasında məşqçi dəyişikliyi olub və bu, bizim işimizi bir qədər də çətinləşdirirdi. Təbii ki, güclü rəqiblə səfər oyununda heç-heçə etdiyimiz üçün sevinirik. Nəticəni qənaətbəxş sayıram".(AFFA)
Fanat.az