"Nəticə kimi qane etmirsə, əlini qaldırsın" - Rövnəq Abdullayev

"Nəticə kimi qane etmirsə, əlini qaldırsın" - Rövnəq Abdullayev

AFFA prezidenti Rövnəq Abdullayev millimizin DÇ-2018-in seçmə mərhələsində keçirdiyi 2-ci oyunda da qalib gəlməsinə münasibət bildirib.

Fanat.Az saytı xəbər verir ki, assosiasiya rəhbəri Norveç üzərində əldə edilən 1:0 hesablı qələbədən sonra jurnalistlərlə söhbətinə zarafatla başlayıb: "Nəticə kimi qane etmirsə, əlini qaldırsın (gülür). Oyun xoşuma gəldi. Rəqib güclü, iddialı komanda idi. Dünən mətbuat konfransına da gəlmədilər ki, artıq hər şeyi həll etmişik. Çox sevinirəm. 2 oyundan 6 xal yığmışıq və ilk pillədəyik. Azərbaycan tarixində belə şey olmayıb.  Seçmə mərhələni başlayanda, şüarımız bu idi - “niyə də yox!?”.  Elə indi də deyirik ki, niyə də yox”!?

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər