I divizionda XXII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
İkinci pillədə qərarlaşan "Qaradağ Lökbatan" "Turan Tovuz"u qəbul edib və 4:1 hesablı qələbə qazanıb. MOİK səfərdə "Şərurspor" 3:0 hesabı ilə yenib. "Energetik" "Şahdağ"a qalib gəlib - 1:0. "Göyəzən" - "Ağsu" matçı isə "sülh"lə yekunlaşıb - 0:0.
Turun son 3 matçı bu gün baş tutub. Lider "Neftçala" evdə "Zaqatala"nı 3:1 hesabı ilə yenərək son 4 tur qalmış "Qaradağ Lökbatan"la 4 xallıq fərqi qoruyub.
"Bakı" evdə "Mil-Muğan"ı 4:0 hesabı ilə yenib. Qollardan 3-nə klubun icraçı direktoru Yaşar Seyidovun oğlu Valeh Seyidov imza atıb. "Bakılı" - "Şəmkir" oyununda isə qalib müəyyənləşməyib.
I divizion
2015/16 mövsümü
II dövrə, XXII tur
14 aprel
Qaradağ Lökbatan - Turan Tovuz 4:1
Qollar: Raul Yaqubzadə, 1. Rüfət Məmmədov, 18. Cavid Muxtarzadə, 80. Elmin Əskərli, 88 - Azər Məmmədov, 20.
Göyəzən - Ağsu 0:0
Energetik - Şahdağ 1:0
Qol: Elvin Əlizadə, 72.
Şərurspor - MOİK 0:3
Qollar: Pərvin Paşayev, 69; 90. Röyal Nəcəfov, 85.
15 aprel
Bakılı - Şəmkir 2:2
Qollar: Ramil Həşimzadə, 23. Zahid Quliyev, 85 - Bəhruz Teymurov, 15; 56.
Neftçala - Zaqatala 3:1
Qollar: David Canelidze, 18. Aslan Hüseynov, 55. Fərmayıl Əliyev, 88 - Oruc Balaşlı, 68.
Bakı - Mil-Muğan 4:0
Qollar: Valeh Seyidov, 4; 8; 47. Kamil Nurəhmədov, 83.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 22 | 17 | 2 | 3 | 55:14 | 53 | |
| 2 | Qaradağ L | 22 | 15 | 4 | 3 | 43:24 | 49 | |
| 3 | Ağsu | 22 | 12 | 7 | 3 | 38:18 | 43 | |
| 4 | MOİK | 22 | 11 | 4 | 7 | 41:22 | 37 | |
| 5 | Şəmkir | 22 | 9 | 8 | 5 | 27:19 | 35 | |
| 6 | Zaqatala | 22 | 8 | 8 | 6 | 40:30 | 32 | |
| 7 | Turan T | 22 | 8 | 5 | 9 | 27:26 | 29 | |
| 8 | Mil-Muğan | 22 | 7 | 7 | 8 | 26:24 | 28 | |
| 9 | Şahdağ | 22 | 7 | 6 | 9 | 25:35 | 27 | |
| 10 | Bakılı | 22 | 7 | 5 | 10 | 28:38 | 26 | |
| 11 | Şərurspor | 22 | 6 | 4 | 12 | 38:38 | 22 | |
| 12 | Bakı | 22 | 7 | 2 | 13 | 26:38 | 14 | |
| 13 | Energetik | 22 | 3 | 3 | 16 | 10:82 | 12 | |
| 14 | Göyəzən | 22 | 2 | 5 | 15 | 12:38 | 11 | |
| Bombardirlər | Röyal Nəcəfov (MOİK) - 17. Oruc Balaşlı (Zaqatala) - 16. David Canelidze (Neftçala) - 14. Rəhman Musayev (Şərurspor) - 13. | |||||||
| Qeyd: | FIFA-nın İntizam Komitəsinin qərarına əsasən “Bakı”nın 9 xalı silinib. | |||||||
Fanat.az