"Mövsümə 20 top vuran hücumçu olmaq istəyirəm"- Useyn Bolt

"Mövsümə 20 top vuran hücumçu olmaq istəyirəm"- Useyn Bolt

Səkkizqat olimpiya çempionu Useyn Bolt gücünü böyük futbolda sınamaq sevdasından əl çəkmir. Fanat.Az xəbər verir ki,  “So Fut Maqazin”ə (So Foot Magazine) danışan dahi sprinter belə deyib:

“50 ən yaxşı futbolçudan biri olmaq istəyirəm. Meydana müntəzəm çıxmaq imkanım olsa, bu arzuma doğru inamla irəliləyərəm. Mövsümə azı 20 qol vuran hücumçu kimi top qovmaq ən böyük istəklərimdəndi. Son aylarda peşəkar Avropa klublarıyla danışıqlar aparmışam. Ancaq bu gün üçün konkret nəsə yoxdu. Futbol fiziki güc və dözümlülük tələb edən idman növüdü. Mən isə o qədər də gənc deyiləm. Real yanaşsaq, 4 il oynaya bilərəm”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər