"Milliləşdirilmiş" legioner yığmamızdan getdi!- SON ANDA

"Milliləşdirilmiş" legioner yığmamızdan getdi!- SON ANDA

Hər şeyə görə minnətdaram və səni çox sevirəm, Azərbaycan! Həmişə qəlbimdə qalacaqsan!” Fanat.Az xəbər verir ki, bunu Azərbaycan millisinin gimnastı Marina Durunda instaqram hesabında yazıb.

 

Seçməmizin lideri karyerasını bitirdiyini açıqlayıb: “Bütün məşqçilərimə, xareoqraflara, həkimlərə, masajçılara və digər şəxslərə ürəkdən təşəkkür edirəm. Azərbaycan millisinin şərəfini qoruduğum 5 il ərzində mənə inanan, kömək edən, qeydimə qalan və dəstək olan hər kəsə minnətdaram. Sizsiz heç nəyə nail ola bilməzdim. Sizdən ayrılmaq mənə çox ağırdı. Hər birinizlə ayrı-ayrılıqda görüşüb, təşəkkür edə bilmədiyim üçün üzr istəyirəm. Nə vaxtsa yenidən görüşəcəyimizə inanıram”.

Qeyd edək ki, 20 yaşlı Durunda IV İslam Həmrəyliyi Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər