"Açığı, hesabı açacağımı gözləmirdim. Mənim üçün yaxşı sürpriz oldu". Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ" - "Kopenhagen" oyununda yeganə qolu vuran Mahir Mədətov deyib.
Gənc hücumçu fərqləndiyi epizoda şərh verib: "Bir qədər tərəddüd etdim. Yan xətt hakiminin oyundankənar vəziyyət qeydə alıb-almadığına baxdım. Qolun qaydalar çərçivəsində vurulduğuna əmin olandan sonra sevincimi bölüşdüm. Birinci oyunda uğur qazandıq. Ancaq qarşıda çətin cavab görüşü var. "Kopenhagen"in öz meydanında daha aqressiv görünəcəyi bəlli məsələdi. Yaxşı hazırlaşmalı, uğurun davamını gətirmək üçün əlimizdən gələni etməliyik".
Fanat.Az