"Mənim üçün yaxşı seçimdi" - Ramil Şeydayev

"Mənim üçün yaxşı seçimdi" - Ramil Şeydayev

"Trabzonspor"un Slovakiyanın "Jilina" klubuna icarəyə verdiyi Ramil Şeydayev fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, klubunun rəsmi saytına danışan millimizin üzvü buna görə sevindiyini və mütəmadi oynamaq üçün yaxşı seçim olduğunu deyib: 

"Keçidimə görə sevinirəm. Mənim üçün yaxşı seçimdi, bu mütəmadi olaraq oynamaq və öz komandama fayda vermək üçün bir fürsətdi. Mən "Trabzonspor"un slovakiyalı legionerləri Matuş Bero və Yan Dürits ilə danışdım və onlar məni inandırdılar ki, "Jilina“ böyük klubdu və mənə uyğundu. Ümid edirəm ki, biz birlikdə həm çempionatda, həm də avrokuboklarda qələbə qazana biləcəyik. İlk təəssüratlarım çox yaxşıdır. Yeni klubda oynamağa başlamaq imkanımı səbrsizliklə gözləyirəm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər