"Mənə “rus" deməyin" - Ramil Şeydayev

"Mənə “rus" deməyin" - Ramil Şeydayev

“Trabzonspor”la 2020-ci ilə qədər müqaviləm var, bu müddət inkişaf etməyim üçün yetərlidi”. Fanat.Az xəbər verir ki, bu sözləri Türkiyənin “Trabzonspor” klubunun azərbaycanlı futbolçusu Ramil Şeydayev deyib.

Trabzon qəzetlərindən birində “Azərbaycanlı Ramil” başlığı ilə yazı dərc edilib. Millimizin üzvü türkiyəli həmkarlarımızla söhbətində planları barədə danışıb: “Ancaq bu müddəti qısaldaraq, həm “Trabzonspor”da qalıcı olmağın təməllərini atmaq, həm də davamlı forma geyinmək istəyirəm. Bunun üçün çox çalışmalı olduğumu bilirəm”.

Müəllif qeyd edir ki, komandada mükəmməl av-hava olduğuna diqqət çəkən Ramil, hər kəsin uğur qazanmaq üçün bir-birinə yardımçı olduğunu söyləyib. Rusiyanın U-17, U-19 və U-21 millilərində forma geyinən Şeydayev ətrafındakı insanlara Azərbaycan əsilli olduğunu və ona “rus” deməmələrini istəyib. 

Qeyd edək ki, yay fasiləsində “Zenit”dən  “Trabzonspor”a keçən gənc futbolçu hələlik əsas heyətə düşə bilmir. Millimizin üzvü yalnız Türkiyə Kubokunun I mərhələsi çərçivəsində “Ardahanspor”la (6:0) matçda meydana çıxıb və 1 qola imza atıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər