"Real"ın futbolçusu Kriştiano Ronaldo mətbuatda haqqında səslənən ittihamlara cavab verib. Fanat.Az xəbər verir ki, ötən axşam "Malaqa"nı 2:0 hesabı ilə yenib çempion olduqları oyunda hesabı açan portuqaliyalı ulduz televiziya izləmədiyini bildirib:
"Televiziya izləmirəm. İzləsəm, həyatım olmaz. Futbol və futboldan kənarda mənimlə bağlı çox danışırlar. İnsanlar Kriştiano haqqında danışanda yanılırlar. Mənim haqqımda danışanda əllərində iki səbəb olur. Futbolla bağlı tənqidlərdən narahat olmuram. Çünki önlərinə statistikaları qoyanda ağızlarını yumurlar. Amma şəxsi həyatımdan danışmaqları xoşuma gəlmir. Ailəm, bir anam, bir uşağım var. Bəzilərinin etdiyi axmaq hərəkətləri mənim də etdiyimi göstərməyə çalışırlar. Amma mən belə şeylər etmirəm. İnsanlar haqqımda bir cinayətkar kimi danışırlar. Amma mən nə müqəddəsəm, nə də şeytan".
Qeyd edək ki, bir müddət əvvəl Ronaldonun "mavi" olması ilə bağlı xəbərlər yayılmışdı.
Fanat.Az