"Mən bura kral yox, Tanrı olmağa gəlmişəm"

"Mən bura kral yox, Tanrı olmağa gəlmişəm"

Zlatan İbrahimoviç Eric Kantonaya cavab verib. Fanat.az xəbər verir ki, isveçli ulduz "Mançester Yunayted"in sabiq üzvünün ona ünvanlanmış açıqlamasını özünəməxsus şəkildə cavablandırıb.

Məlumat üçün bildirək ki, Eric Kantona İbrahimoviç üçün hazırladığı videoda "Zlatana bir mesajım var: "Mançester Yunayted" etdiyin ən yaxşı seçimdi. Bir şey daha var: Mançesterin bir kralı var. Əgər istəsən şahzadə ola bilərsən. Arzulasan, yeni 7 nömrə ola bilərsən. Şahzadə olaraq sənə uzun illər arzu edirəm" demişdi.

İbrahimoviçin cavabı daha maraqlı olub: "Erikin haqqımda dediklərini eşitdimö Mən hər zaman ona heyran olmuşam. Amma bunu bilməsi yaxşıdı: Mən Mançesterə kral və ya şahzadə olmağa yox, Tanrı olmağa gəlmişəm".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər