"İnter"in baş məşqçisi Roberto Mançini kubokda 2:0 hesabı ilə yendikləri "Napoli"nin çalışdırıcısı Maurisio Sarri ilə aralarında yaranmış qalmaqala münasibət bildirib. Fanat.az xəbər verir ki, italyan mütəxəssis rəqibinin ona "mavi" dediyini bildirib:
"Sarri kimi insanlar irqçilik edir və futbolda onlara yer olmamalıdı. Oyunun sonlarında ayağa qalxldım və hakimin 4-5 dəqiqə artırmasının səbəbini soruşdum. Sarri isə mənə "mavi" dedi. "Mavi" olsaydım, bununla qürur duyardım. 60 yaşlı bir insanın bu davranışı utancvericidi. Onun ardınca paltardəyişmə otağına getdim. Məndən üzr istədi. İngiltərədə belə bir hərəkət etsəydi, meydançaya addımını ata bilməzdi".
Fanat.az