Bu gün "Zirə” ilə qarşılşan və mövsümdə 23-cü qələbəsini qazanaraq ardıcıl üçüncü dəfə çempion olan "Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl oyundan sonra Sport7.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Ardıcıl üçüncü dəfə çempion oldunuz. Qələbə münasibəti ilə təbrik edirik. Təəssüratlarınızı bilmək istərdik...
- Qələbəyə görə bizi təbrik edən hər kəsə təşəkkür edirik. Bu il də ölkəmizi Avropada layiqincə təmsil etməyə çalışacağıq.
- Tahir Gözəlin oyuna gəlməməsi nə ilə bağlıdı?
- Tahir bəy ölkə xaricindədi. Oyun zamanı mütəmadi əlaqə saxlayırdıq. O da öz təbriklərini komanda üzvlərinə və azarkeşlərimizə çatdırdı.
- Komanda hansı şəkildə mükafatlandırılacaq? Konkret məbləğ açıqlaya bilərsinizmi?
- Təbii ki, mükafatlandırılma olacaq. Hər zamankı kimi uşaqların zəhmətinin qarşılığı veriləcək.
- Yeni transferlərlə bağlı çalışmalar başlanıb?
- Hələ çempionatınn başa çatmasını gözləyirdik. Mövsüm bitdikdən sonra buu sahədə işlərə başlayacağıq.
- Çempionluq kubokunu Ağdama aparmağı düşünürsünüzmü?
- Kuboku Ağdama aparmaqla bağlı danışığımız olub. Amma konkret qərar verməmişik. Qərar konkretləşdikdən sonra açıqlama verəcəyik.
Fanat.az