Ötən mövsüm İngiltərə çempionu olan "Lester"in prezidenti Vicay Srivaddhanaprab futbolçular üçün inanılmaz hədiyyə seçib.
Fanat.Az xəbər verir ki, taylandlı klub rəhbəri komandanın üzvlərinə dəyəri 100 min funt-sterlinq olan "BMW İ8" hədiyyə edib.
Klubun ofisi önünə düzülən lüks avtomobillər göz qamaşdırıb.




Fanat.Az