"Komandanın mənə ehtiyacı varsa, burdayam" - Əsgər Abdullayev

"Komandanın mənə ehtiyacı varsa, burdayam" - Əsgər Abdullayev

Əsgər Abdullayev "Qarabağ"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi bunları deyib:

“Qarabağ” güclü rəqibdi. Hər mövqedə güclü, mübarizə aparan futbolçuları var. Biz bütün bunları bilirdik. Matça gəldikdə isə futbolçular tapşırıqları yerinə yetirdilər. Oyunun son dəqiqələrində top bizdə az oldu. Sona doğru müdafiəyə daha çox diqqət ayırdıq.

Elşən Abdullayevin əvəzlənməsi ilə bağlı ona deyə bilərəm ki, gənc oyunçudu, istəklidi, topla davranmağı sevir. Elşən ümidləri doğrulda bilən futbolçudu. Mənim futbol karyeram "Neftçi"də başlayıb, "Neftçi"də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər