Millimizin baş məşqçisi Robert Prosineçki Qazaxıstanla oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, xorvat mütəxəssis 0:1 hesabı ilə uduzduğumuz oyundan narazıqalıb:
“Ümumilikdə, oyundan narazı qalmadım. Əlbəttə, səhvsiz oynamadıq. Qolu da standart vəziyyətin davamında buraxdıq. Oyundan əvvəl də dediyim kimi, bu gün daha çox sınaqdan keçirmək istədiyimiz məqamlara diqqət yetirdik. Təəssüf ki, son dəqiqələrdə çox münasib vəziyyətdə qol vura bilmədik. Konkret oyunçulr barədə danışmaq istəmirəm. Hesab edirəm ki, bacarıqlarını tam nümayiş etdirə bilmədilər. Bununla belə, komandadan narazı deyiləm”.
Fanat.az