"Komandada problemlər var..."- Robert Prosineçki

"Komandada problemlər var..."- Robert Prosineçki

“Özünəinamı artırmaq üçün bu oyunda qələbə qazanmaq vacib idi. Komanda pis təsir bağışlamadı”. Fanat.Az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

 

Yoxlama matçında Qətər yığması ilə qarşılaşan komandamız matçdan 2:1 hesablı qələbə ilə ayrılıb.

 

Matçın ardından fikirlərini bölüşən xorvat çalışdırıcı yetirmələrinin başının altına yastıq qoymaq istəməyib: “Qətər yığması da zəif komanda deyil və bu gün yaxşı futbol oynamağı bacardıqlarını sübut etdilər. Qələbə qazansaq da, komandada problemlər var və üzərində işləməliyik. Futbolçularım meydanda əzmkarlıq nümayiş etdirdilər. Ümumi götürsək, komandanın çıxışından razı qaldım. Bizim üçün vacib sınaq idi. Bu oyunda yeni futbolçulara şans verdim. Tellur Mütəllimov ilk dəfə milli komandanın forması altında meydana çıxdı. Onun çıxışı məni qane etdi. Mahir Mədətov oyuna yaxşı qoşuldu, Cavid Hüseynov uzun fasilədən sonra əsas millinin heyətində yer aldı və xoş təsir bağışladı. Yenə deyirəm, bəzi məqamlar var ki, üzərində işləməliyik”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər