"Komanda hər 3 xala mükafat alır" -Elxan Məmmədov

"Komanda hər 3 xala mükafat alır" -Elxan Məmmədov

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün millimizin Norveçlə oyun qabağı son məşqçisini izləmək üçün “Olimpiya” stadionuna gələn jurnalistlərin suallarını cavablandır. 

- Sabahkı oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Bu seçmə mərhələdə Bakıda ilk oyunumuzdur.  Azarkeşlər 3 xal gözləyir. Nəzərə alaq ki, ötən seçmə mərhələdə də Norveç millisi ilə oynadıq. Evdə uduzsaq da, səfərdə heç-heçə etdik və həmin oyunda baş məşqçi elə Robert Prosineçi idi. Futbolçuların da 90 faizi həminkilərdi. Azarkeşləri tribunalara dəvət edirik. 30-35 insan Bakı Olimpiya Stadionunda elə də çox görünmür. Bizə də lazımdı ki, rəqib meydançaya daxil olanda, azarkeşlərin səsindən onlarda həyəcan, təzyiq olsun.

- AFFA prezidenti Rövnəq Abdullayevi bir qədər əvvəl milli üzvləri ilə görüşdü. Nələrdən danışıldı, nələr və olundu mükafat anlamında?

- Təlim-məşq toplanışında da görüş olmuşdu. İndi də ziyarət etdi. Bildirdi ki, ilk 3 xalımızı qazanmışıq, sabah da qalib gəlməliyik. AFFA rəhbərliyi, azarkeşlər, hər kəs qələbə gözləyir. Burda deməliyəm – niyə də yox! (gülür)

- Turnir cədvəlində 2-ci pillədəyik. Millimizi mövqeyin qoruya biləcək?

- Mümkündür. Əsas olan bizim qalib gəlməyimizdir.

- Almaniya uduzsa, biz qalib gəlsək, ilk pilləyə yüksələcəyik.

- (gülür) Bu bir az çətin məsələdir. Bir tərəfdən müsbət haldır, heç kim almanlardan xal almayacaq. 2 və 3-cü yerlər uğrunda mübarizə gedəcək.

- Özünüz də qeyd etdiniz ki, Bakı Olimpiya Stadionunu doldurmaq çətindir. Olmazdı ki, Norveçi 30 min nəfər tutumu olan “Tofiq Bəhramov”da qəbul edək? 

- Bunu məmnuniyyətlə istərdim. Ancaq biz 2020-ci ilə qədər bu stadionu yoxlamalıyıq.  Nə qədər çox oyun olsa, bir o qədər yaxşıdır. Bu, həm də UEFA-nın tövsiyəsidir. Digər tərəfdən, orada hazırda həm ot örtüyü yaxşı deyil, həm də “Qarabağ” rəqiblərini qəbul edir.

- FİFA prezidentinin sizə vəzifə təklif etməsi və imtina etmənizlə bağlı xəbər çıxıb. Doğrudu?

- İcazə versəydiniz, bu suala cavab verməzdim. Çünki şəxsi məsələdir.

- San Marino ilə oyunda qələbəyə görə mükafat verilmədi. Bəs, qarşıdakı oyuna necə?

- Bizdə bir sistem var. Sistem ondan ibarətdir ki, komanda hər 3 xala mükafat alır. Lakin seçmə mərhələdə pley-offa və ya final mərhələsinə vəsiqə qazansa, əlavə mükafat da alacaqlar. Unutmayaq ki, millidə oynayan futbolçular heç vaxt mükafat məsələsini qaldırmayıblar. Lakin onlar AFFA-dan maaş almır, ona görə də mükafat veririk ki, stimul olsun.

- Sizcə, azarkeş sayı baxımından problem olmaz?

- Olmamalıdır. Həftəsonudu, biletlər ucuzdu. Hər kəsi stadiona çağırırıq. İstərdik ki, stadionun ən azı 70 faizi dolsun.

- Bir neçə gün öncə Londonda mükafat aldınız, təbrik edirik...

- Çox sağ olun. İyun ayında mənə məktub gəldi ki, nominasiyada varam. Açığı, rəqiblərim güclü idi. Optimist deyildim. Sevindirici haldır ki, məni layiq gördülər, Azərbaycanın adı çəkildi.

Fanat.Az

 

   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər