"Kimsə bizə inanmırdı" - Ronaldo

"Kimsə bizə inanmırdı" - Ronaldo

Klub karyerasında mümkün olan bütün titulları qazanan Kriştiano Ronaldo milli səviyyəsində ilk böyük mükafatına sahib çıxdı. Onun çıxış etdiyi Portuqaliya millisi ötən gün Avropa çempionatının finalında Fransanı yenib tarixində ilk dəfə kuboka sahib çıxdı.

Düzdü, Ronaldo matçın əvvəlində zədələndi və 25-ci dəqiqədə gözyaşları içində meydanı tərk etməli oldu. Buna baxmayaraq, o, komandanın finala qədər irəliləməsində əsas pay sahibi idi.

Fanat.az xəbər verir ki, ulduz futbolçu oyundan sonra fikirlərini bildirib: "Kimsə bizə inanmırdı. Uzun illər boyunca etdiyimiz fədakarlıqlardan sonra Portuqaliya bu çempionluğu haqq edirdi. Klub səviyyəsində hər şeyi qazanmışdım, tək əskiyim milli komanda ilə qazanmaq idi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər