Hakim-İnspektorlar Komitəsinin yeni sədri Əli Hüseynov rekord.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Hakim-İnspektorlar Komitəsinə sədr təyinatınız gözlənilən idi ya, necə?
- Şəxsən mənim üçün gözlənilməz oldu. Hər şey birdən-birə oldu. Konfransdan sonra bildim ki, məni sədr təyin ediblər.
- Konfransa gəlməmişdiniz?
- Gəlmişdim. Amma sədr seçiləcəyimi bilmirdim. Bunu konfransdan sonra bildim.
- Nə dəyişikliklər olacaq, hansı planlarınız var?
- Gərək ilm növbədə gedim işə baxım ki, hansısa fikir yürüdüm. Hələ işə çıxmadığım üçün konkret cavab verə bilmərəm. Baxacağıq, elə şeylər var ki, yerində qalacaq, elə şeylər də olacaq ki, dəyişiləcək.
- Yeni kadrlar olacaq? Çünki hazırkı kadrlardan çox narazılıqlar var. Xüsusilə də yaşlı hakim-inspektorlardan...
- Narazılıq hər yerdə var. Hər halda dəyişiklik olacaq. Ola bilməz ki, hər şey olduğu kimi qalsın. Sadəcə, mövsümün başa çatmasını gözləməliyik. May ayından sonra islahatlar olacaq.
- AFFA rəhbərliyi qarşınızda hansı şərti qoyub?
- Konkret hansısa şərt qoyulmayıb.
- Hakimliyin səviyyəsi haqda nə deyə bilərsiniz, bu sahədə olan problemlər nə vaxt aradan qalxacaq?
- Problemlər var, amma inanıram ki, onlar da düzələcək və hakimliyin səviyyəsi də artacaq. Bunun üçün bir yerdə çalışmaq lazımdır.
Fanat.az