Millət vəkili Zahid Oruc "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayevə çağırış edib. Fanat.az musavat.com-a istinadən xəbər verir ki, deputat Milli Məclisin bu gün yaz sessiyasındakı çıxışı zamanı yazıçını vəzifələrindən imtina etməyə çalışıb:
"Çingiz müəllim detektiv janrda tirajı milyonu keçən tanınmış yazardı. Bu yaxınlarda “4 uşaq atasını necə işdən çıxardım” deyə, bir çağırışda bulunmuşdu. Məncə, Çingiz müəllim mənim bu sözümdən inciməz. Çingiz Abdullayevin özü 4 vəzifəni daşıyır. O qələm adamlarındandı ki, öz kitablarlı ilə yaxşı yaşaya bilər. Çingiz müəllimin bu açıqlaması özünə də, bəzi millət vəkillərinə də, məmurlara da aiddi. Heç kimə sirr deyil ki, nazir gedib auditoriyada dərs deyə bilməz. Ən azı min vəzifə burdan yarana bilər. Qoy Çingiz müəllim başlasın, tutduğu vəzifələrdən imtina etsin, digərləri də bu prosesi davam etdirsin".
Fanat.az