"İlk hissədə əzmkarlıq görmədim" - Elbrus Məmmədov

"İlk hissədə əzmkarlıq görmədim" - Elbrus Məmmədov
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Komandam ilk hissədə sönük oyun nümayiş etdirdi". 
Fanat.az xəbər verir ki, bunu "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqanın 24-cü turunda evdə AZAL-a uduzduqları oyundan (0:1) sonra deyib.
E.Məmmədov komandasının ikinci hissəsindəki oyunundan razı qaldığını bildirib: "Düşünmürəm ki, ilk hissədəki sönük oyun yorğunluqla əlaqədardır. Belə olsa, ikinci hissədə fərqli oyun göstərməzdilər. Deyə bilərəm ki, ikinci hissədən razı qaldım. Bu gün "Xəzər Lənkəran"ın siması əzmkar futboldur. Təəssüfki ilk 45 dəqiqədə bunu görmədim. Qol vəziyyətlərindən istifadə edə bilmədik. Əvəzində penaltidən qol buraxdıq".(Sportnet.az)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər