"Hiquayn bizə xəyanət, hətta nankorluq etdi" -Klub prezidenti

"Hiquayn bizə xəyanət, hətta nankorluq etdi" -Klub prezidenti
"Yuventus"a transfer olunan Qonzalo Hiquayn "Napoli" fanatlarını və rəhbərliyini qəzəbləndirib. Fanat.az xəbər verir ki, klubun prezidenti Aurelio De Laurentis argentinalı futbolçu ilə bağlı sərt açıqlamalar verib.
"Hiquaynın bu addımını xəyanət adlandırmağın əleyhinə olanlar var. Mən isə əksini düşünürəm. Burda sözün bütün mənalarında xəyanət, hətta nankorluq var" deyə klub rəhbəri İtaliya mediasına açıqlamasında bildirib.
Napoli şəhərinin bələdiyyə sədri Luici De Magistis də futbolçunu xəyanətdə suçlayıb: "Azarkeşlərlə onun arasında xüsusi bağ var idi. Bu hərəkəti xəyanətdi".
Qeyd edək ki, "Yuventus" Hiquaynın transferi üçün "Napoli"yə 90 milyon avro ödəyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər