Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqts Almaniya yığmasının üzvü Məsut Özillə bağlı danışıb. Fanat.az xəbər verir ki, təcrübəli çalışdırıcı "AVRO-2016" çərçivəsində keçirilən Almaniya - Ukrayna matçından əvvəl dövlət himnini oxumadığı üçün tənqid olunan Özilə dəstək olub.
O, yarımmüdafiəçini tənqid edənlərə belə cavab verib: "Bu məsələyə görə tənqidi başa düşə bilmiriməm. Himni oxumaq əvəzinə, onun məhsuldar ötürmələr verməsini istəyirəm. Hansı ki, Məsut Şvaynştaygerə Ukrayna ilə oyunda qol vurması üçün imkan yaratdı. Mən də futbolçu ikən millinin heyətində himni oxumamışam. Onsuz da Frants Bekkenbauer, Herd Müller, Sepp Meyer və Volfqanq Overat kimi əfsanələr də himni oxumurdular”.
Xatırladaq ki, 6 il millimizdə çalışmış Foqts "AVRO-1996"da Almaniya yığmasına çempionluq qazandırıb.
Fanat.az