Bundesliqanın 27-ci turunda “Hoffenhaym”a 0:1 hesabıyla uduzan “Bavariya”nın holland ulduzu Aryen Robben yenilgini dəyərləndirib. Fanat.Az xəbər verir ki, vinger oyuna belə şərh verib:
“Hə, ikinci yarıda oyunumuzu düzəltdik. Təəssüf ki, top qapıdan keçmək istəmədi... Amma ilk yarıda bərbad idik. Belə olmamalıdı. Nədənsə fasiləyə qədər hər dəfə bir addım gecikirdik. Məhz bir addım”.
Qeyd edək ki, Baden Vürtemberqdəki görüşdə “Hoffenhaym”ın yeganə qoluna xorvat Andrey Kramariç imza atıb.
Fanat.Az