"Gümüş" mənim üçün yaxşı nəticə deyil" - Demyanenko

"Gümüş" mənim üçün yaxşı nəticə deyil" - Demyanenko

"Möhtəşəm hisslər yaşayıram. Gərgin yürüş oldu. Bütün rəqiblərim çox güclü idi. Belə alındı ki, ikinci yeri tutdum". Fanat.Az xəbər verir ki, bu sözləri avarçəkmə üzrə yığma komandamızın idmançısı Valentin Demyanenko Rio-2016 Yay Olimpiya Oyunlarında gümüş medal qazanması ilə bağlı danışarkən deyib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya müsahibə verən idmançı Olimpiadan əvvəl qızıl medal qazanmağı arzuladığını bildirib: "Olimpiadaya gələn hər bir idmançı “qızıl” qazanmaq istəyir. Elə bir idmançı yoxdu ki, 2-ci və ya 3-cü olmaq istəsin. Hamı qalib gəlməyi arzulayır. Rəqiblərin siyahısına baxanda öz imkanlarınızla bağlı müəyyən fikir formalaşır. Hər kəs siyahıya baxır. Amma finalda öz gücünə əmin olanlar toplaşır. Hərə bir ölkəni təmsil edirdi və özlüyündə qalibdi. Fikrimcə, üzülməyə dəyməz.

 

"Yarışa 100 faiz hazır idim və bütün hazırlığımı yürüşdə qoydum. Mənim üçün “gümüş”ü yaxşı nəticə hesab etmək olmaz. 15 ildi bu idman növü ilə məşğul oluram. Az qala ömrümün yarısını idmana vermişəm. 200 metr məsafəyə kanoe yarışları Olimpiya proqramından çıxarılır. Ya başqa yarışa keçməliyəm, ya da karyeramı bitirməliyəm. Bu barədə düşünəcəm" deyə Demyanenko bildirib.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər