"Çelsi" kapitanı Ris Ceymslə müqavilə yeniləyib.
Fanat.Az xəbər verir ki, 26 yaşlı müdafiəçi müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya imza atıb.
Onun əvvəlki anlaşması 2028-ci ilin yayında bitəcəkdi.
Ris "zadəganlar"ın öz yetirməsidir. O, 6 yaşından London təmsilçisinin strukturunda olub.
Cari mövsüm İngiltərə Premyer Liqasında 26 matça çıxan arxa xətt oyunçusu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul